• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Maqazin

Sonaxanım Əliyeva: "3-cü dərəcəli qaraciyər piylənməm vardı, üstümə təcili yardım gəlmişdi"

16 Avqust, 26 / 14:23
A A
Sonaxanım Əliyeva: "3-cü dərəcəli qaraciyər piylənməm vardı, üstümə təcili yardım gəlmişdi"

Aktrisa Sonaxanım Əliyeva son dövrlərdə yaşadığı səhhət problemləri və xeyli çəki itirməsi ilə bağlı açıqlama verib.
Sənətçi MTV-də yayımlanan verilişlərin birində bildirib ki, bir müddət insulin müqaviməti, şəkər xəstəliyinə meyillilik və üçüncü dərəcəli qaraciyər piylənməsi ilə üzləşib. Onun sözlərinə görə, bu problemlər yüksək təzyiqə də səbəb olub və vəziyyəti ilə əlaqədar evinə təcili tibbi yardım çağırılıb.
Sonaxanım Əliyeva həmin dövrdə təzyiqinin bir dəfə 190/120-yə qədər yüksəldiyini deyib. Bundan sonra həyat tərzinə daha ciddi yanaşmağa qərar verdiyini vurğulayıb:
“İnsulin direncim var idi. Şəkərə meyilliyim vardı. Üçüncü dərəcəli qaraciyər piylənməm də vardı. Bunlar da mənə yüksək təzyiq verirdi, üstümə təcili yardım gəlirdi. Hətta bir dəfə 190-ın 120-yə olmuşdu. Bundan sonra özümə dedim ki, bəsdir”.
Aktrisa arıqlama prosesində həkiminin tövsiyələrinin də mühüm rol oynadığını qeyd edib. O, qəbul etdiyi müalicə ilə yanaşı, iştahanı azaltmağa kömək edən bir vasitədən istifadə etdiyini bildirib:
“Sağ olsun həkimim ki, dərmanlarla bərabər bir vasitə də vermişdi. O, mənim iştahımı kəsirdi, şirniyyat istəyimiz azalırdı. İndi də yeyirəm, ac qalmıram, sadəcə çox yeyə bilmirəm”.
Sonaxanım Əliyeva görünüşü ilə bağlı insanların münasibətindən də danışıb. O, bildirib ki, insan kökələndə də, arıqlayanda da müxtəlif fikirlərlə qarşılaşır:
“Ümumiyyətlə, insanlar kökələndə də bəyənmirlər, deyirlər: ‘Vay, nə boydadır, ekrana yerləşmir’. Arıqlayanda da deyirlər ki, ‘sizə köklük yaraşırdı, şirin görünürdünüz'”.
//milli.az

Previous Post

Türkiyədə məşhur təriqət lideri tutuldu

Next Post

Sabahın havası: Yağış, leysan və şimşək gözlənilir

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.