• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

Şose velosipedi üzrə Ölkə Kuboku yarışına yekun vurulub

16 Avqust, 26 / 19:55
A A
Şose velosipedi üzrə Ölkə Kuboku yarışına yekun vurulub

Avqustun 14-15-də şose velosipedi üzrə Ölkə Kuboku yarışı keçirilib. Yarış Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Velosiped İdmanı Federasiyasının 2026-cı il üçün təsdiq etdiyi idman təqvim planına əsasən təşkil olunub.

İlk yarış günündə iştirakçılar Pirallahı rayonunda fərdi ötüşmə üzrə mübarizə aparıblar. 15 yaşadək oğlanlar arasında 10 km məsafəyə fərdi ötüşmədə İsmayıl Xankişiyev (ROEQİUGVM) birinci olub. Abdurrəhman Rəfiyev (AE Cycling School) ikinci, Emil Abbasov (AE Cycling School) üçüncü yeri tutub.

17 yaşadək oğlanların 20 km məsafəyə fərdi ötüşməsində Raul Mahmudov (AE Cycling School) qalib gəlib. Emil Vaxrameyev (ROEQİUGVM) gümüş, İlkin Sadıqzadə (Təhsil) bürünc medal qazanıb.

Yeniyetmə qızlar arasında isə 10 km məsafədə Məryəm Hüseynova (ROEQİUGVM) ən yaxşı nəticəni göstərib. Elenika Vəlizadə (ROEQİUGVM) ikinci, Sevinc Sultanzadə (AE Cycling School) üçüncü olub.

Yarışın ikinci günündə velosipedçilər Qobustan rayonunda qrup ötüşməsi üzrə ən güclüləri müəyyənləşdiriblər. 15 yaşadək oğlanların 60 km məsafəyə qrup ötüşməsində İsmayıl Xankişiyev (ROEQİUGVM) fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. Anar Mustafazadə (Təhsil) ikinci, Ayxan Pənahlı (AE Cycling School) üçüncü olub.

17 yaşadək oğlanlar arasında 80 km məsafəyə qrup ötüşməsinin qalibi Raul Mahmudov (AE Cycling School) olub. Əli Zeynalzadə (ROEQİUGVM) ikinci, İlkin Sadıqzadə (Təhsil) üçüncü yeri tutub.

Yeniyetmə qızların 20 km məsafəyə qrup ötüşməsində isə Məryəm Hüseynova (ROEQİUGVM) qızıl medal qazanıb. Sevinc Sultanzadə (AE Cycling School) ikinci, Elenika Vəlizadə (ROEQİUGVM) üçüncü olub.

Beləliklə, iki yarış gününün yekununda 15 yaşadək oğlanlar arasında İsmayıl Xankişiyev, 17 yaşadək oğlanlarda Raul Mahmudov, yeniyetmə qızlar arasında isə Məryəm Hüseynova həm fərdi, həm də qrup ötüşməsində qalib olaraq Ölkə Kubokunda ən yüksək nəticə göstəriblər.

Previous Post

"Zirə" "Şəfa"nı qəbul edir-START HEYƏTLƏR

Next Post

Çimərlik voleybolçularımız “Bioderma Pro Beach Tour” açıq çempionatında bürünc medal qazanıblar

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.