Husilər Yəmənə zərbələr endirib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Marib və Muha şəhərləri hədəfə alınıb.
Hücumlarda ballistik raketlər və PUA-lardan istifadə edilib. Maribdə yaşayış məhəllələri də atəşə tutulub. Hücumlarda mülki şəxslər yaralanıb, evlərə və obyektlərə ziyan dəyib. Yerli hakimiyyət beynəlxalq ictimaiyyəti hücumları pisləməyə çağırıb.
//Nəzər.Media
