Yunanıstan yenə narahat olub. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, bu dəfə səbəb Salahın transferidir.
Misirli ulduz futbolçunun Trabzonspora keçidi Afinada diqqətlə izlənilir. Yunanıstan mətbuatı bu transferi Türkiyənin Misirdə təsirini artırmaq cəhdi kimi qiymətləndirib. Bildirilib ki, Salah Türkiyə ilə Misir arasında emosional körpü yarada bilər. Transferin milyonlarla misirlinin Türkiyəyə və türk futboluna marağını artıra biləcəyi qeyd olunub.
//Nəzər.Media
