Cümə günü futbol üzrə Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümünə start verilib. PFL bu günə bir qarşılaşma təyin edib.
Turun sonuncu qarşılaşmasında “Qarabağ” “Tofiq Bəhramov adına Respublika Stadionu”nda “Şamaxı”nı qəbul edib. “Köhlən atlar”la “şirlər”in görüşünü Rəvan Həmzəzadə idarə edib.Matç 3:1 “Qarabağ”ın xeyrinə başa çatıb.
. “Qarabağ” “Şamaxı”
. 3 1
. 28.Renaldo Sefas(1:0) 43Edqard Adilxanov(1:1)
. 59.Rikardo Apolinario(AQ)(2:1)
. 85.Aleksey Kaşuk(3:1)
Qeyd etdiyimiz kimi futbol üzrə Azərbaycan Premyer Liqasının I turuna Cümə günü start verilib.
Mövsümün, turun ilk oyununda “Turan Tovuz” “Tovuz Şəhər Stadionu”nda “Qəbələ”ni qəbul edib. “Boz qurdla” “qırmızı-qaralar”ın oyununu Tural Qurbanov idarə edib. Matç 1:0 “Turan Tovuz”un xeyrinə başa çatıb.
. “Turan-Tovuz” “Qəbələ”
. 1 0
. 35.Enrike Silva(1:0)
Şənbə günü qarşılaşma baş tutub.
Günün ilk qarşılaşmasında “Araz-Naxçıvan” “Qəbələ şəhər stadionu”nda “İmişli”ni qəbul edib. Muxtar Respublika təmsilçisi ilə “pələnglər”in görüşünü Əliyar Ağayev idarə edib. Görüş başladığı hesabla bittib.
. “Araz-Naxçıvan” “İmişli”
. 0 0
Günün ikinci qarşılaşmasında “Sabah” “Bank Respublika”da qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edib. “Bayquşlar”la “sarı göylər”in matçını Fərid Hacıyev idarə edib. Matç 2:0 “Sabah”ın xeyrinə başa çatdıb.
. “Sabah” “Kəpəz”
. 2 0
. 72(p) Coy Lens Mikels(1:0)
. 90+1.Ksander Severina(2:0)
Dünən daha iki qarşılaşma baş tutub.
Günün ilk oyununda gənclik şəhər təmsilçisi “Sumqayıt” “SOCAR Polymer Arena”da “Neftçi”ni qəbul edib. “Kimyaçılar”la “ağ-qaralar”ın görüşünü Kamal Umudlu idarə edib. Görüş 1:3 “Neftçi”nin xeyrinə başa çatıb.
. “Sumqayıt” “Neftçi”
. 1 3
. 67.Nadir Orucov(1:3) 23.Breno Almedya(1:0)
. 74. Səbuhi Abdullazadə(QV) 31.Lyubomir Tupta(2:0)
. 55. Breno Almedya(3:0)
Günün ikinci qarşılaşmasında “Zirə” “Zirə İK stadionunda” “Şəfa”nı qəbul edib. “Mavi qartallar”la Bakı təmsilçisinin görüşünü Elvin Bayramov idarə edib. Görüş 2:0 “Zirə”nin xeyrinə başa çatıb.
. “Zirə” “Şəfa”
. 2 0
. 41.Eren Aydın(1:0)
. 52.İssa Cibrilla(2:0)
