Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının I turuna yekun vurulub. Tur maraqlı nəticələrlə yadda qalıb.
Qeyd edək ki, futbol üzrə Azərbaycan Premyer Liqasının I turuna Cümə günü start verilib. İlk gündə bir görüş baş tutub.
Mövsümün, turun ilk oyununda “Turan Tovuz” “Tovuz Şəhər Stadionu”nda “Qəbələ”ni qəbul edib. “Boz qurdla” “qırmızı-qaralar”ın oyununu Tural Qurbanov idarə edib. Matç 1:0 “Turan Tovuz”un xeyrinə başa çatıb.
. “Turan-Tovuz” “Qəbələ”
. 1 0
. 35.Enrike Silva(1:0)
Şənbə günü qarşılaşma baş tutub.
Günün ilk qarşılaşmasında “Araz-Naxçıvan” “Qəbələ şəhər stadionu”nda “İmişli”ni qəbul edib. Muxtar Respublika təmsilçisi ilə “pələnglər”in görüşünü Əliyar Ağayev idarə edib. Görüş başladığı hesabla bittib.
. “Araz-Naxçıvan” “İmişli”
. 0 0
Günün ikinci qarşılaşmasında “Sabah” “Bank Respublika”da qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edib. “Bayquşlar”la “sarı göylər”in matçını Fərid Hacıyev idarə edib. Matç 2:0 “Sabah”ın xeyrinə başa çatdıb.
. “Sabah” “Kəpəz”
. 2 0
. 72(p) Coy Lens Mikels(1:0)
. 90+1.Ksander Severina(2:0)
Dünən daha iki qarşılaşma baş tutub.
Günün ilk oyununda gənclik şəhər təmsilçisi “Sumqayıt” “SOCAR Polymer Arena”da “Neftçi”ni qəbul edib. “Kimyaçılar”la “ağ-qaralar”ın görüşünü Kamal Umudlu idarə edib. Görüş 1:3 “Neftçi”nin xeyrinə başa çatıb.
. “Sumqayıt” “Neftçi”
. 1 3
. 67.Nadir Orucov(1:3) 23.Breno Almedya(1:0)
. 74. Səbuhi Abdullazadə(QV) 31.Lyubomir Tupta(2:0)
. 55. Breno Almedya(3:0)
Günün ikinci qarşılaşmasında “Zirə” “Zirə İK stadionunda” “Şəfa”nı qəbul edib. “Mavi qartallar”la Bakı təmsilçisinin görüşünü Elvin Bayramov idarə edib. Görüş 2:0 “Zirə”nin xeyrinə başa çatıb.
. “Zirə” “Şəfa”
. 2 0
. 41.Eren Aydın(1:0)
. 52.İssa Cibrilla(2:0)
Bu gün daha bir görüş baş tutub.
Turun sonuncu qarşılaşmasında “Qarabağ” “Tofiq Bəhramov adına Respublika Stadionu”nda “Şamaxı”nı qəbul edib. “Köhlən atlar”la “şirlər”in görüşünü Rəvan Həmzəzadə idarə edib.Matç 3:1 “Qarabağ”ın xeyrinə başa çatıb.
. “Qarabağ” “Şamaxı”
. 3 1
. 28.Renaldo Sefas(1:0) 43Edqard Adilxanov(1:1)
. 59.Rikardo Apolinario(AQ)(2:1)
. 85.Aleksey Kaşuk(3:1)
