Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ Prezidenti Donald Trampa təşəkkür edib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Şərif ABŞ prezidentinin açıqlamasını yüksək qiymətləndirib.
Şərif Məkkə Birgə Müdafiə Sazişinə verilən dəstəkdən məmnun qaldığını bildirib. O, Pakistanın Səudiyyə Ərəbistanı və Türkiyə ilə əməkdaşlığı davam etdirəcəyini deyib. Şərif bu əməkdaşlığın bölgənin müdafiəsinə töhfə verəcəyini vurğulayıb. Onun sözlərinə görə, davamlı sülh bölgənin gələcəyi üçün əsas şərtdir.
//Nəzər.Media
