YPG-nin ləğvi elan ediləcək. Nəzər.Media Türkinin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, açıqlamanın yaxın günlərdə veriləcəyi bildirilib.
Suriya rəsmisi Əhməd əl-Hilali bu barədə məlumat verib. O, təşkilatın hərbi, təhlükəsizlik və mülki qurumlarının dövlətə birləşdirilməsində irəliləyiş olduğunu deyib. Hilali çətin mərhələlərin geridə qaldığını bildirib.
Qeyd edək ki, Suriya ilə YPG arasında yanvarın 29-da razılaşma əldə olunub.
//Nəzər.Media
