Türkiyənin “Fənərbağça” klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsində mübarizəyə başlayır.
İstanbul təmsilçisi ilk görüşdə doğma meydanda Fransanın “Lyon” komandasını qəbul edəcək.
“Şükrü Saracoğlu” stadionunda keçiriləcək qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.
Pley-off mərhələsinin digər oyunlarında Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu Norveçin “Vikinq” komandasını, Bolqarıstanın “Levski” (Sofiya) isə Yunanıstan AEK-ini qəbul edəcək.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşmaları avqustun 25-26-da keçiriləcək.
//milli.az
