Filippində silahlı insident baş verib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hadisə Zamboanqa şəhərində olub.
İnsident zamanı silahlı şəxs litseyə hücum edib. Silahlı hücumda 4 nəfər ölüb. Onlardan 2-si şagird, 2-si isə mühafizəçi olub. Daha 9 nəfər yaralanıb .Hadisə ilə bağlı araşdırma başlanıb.
//Nəzər.Media
