ABŞ-da xərcənglə bağlı yeni araşdırma aparılıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, nəticələr diqqət çəkib.
Araşdırmada 12 milyondan çox insanın məlumatları incələnib. Şüalanma ilə bağlı xərçəngdən ölüm riskinin stüardessalarda ən yüksək olduğu müəyyənləşib. Pilotlar isə ikinci yerdə qərarlaşıb. Stüardessalarda bu risk digər peşə sahiblərindən 50 faiz, pilotlarda isə 36 faiz yüksək olub.
//Nəzər.Media
