Ebola epidemiyası yayılır. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, ÜST virusla bağlı həyəcan təbili çalır.
Konqo Demokratik Respublikasında təxminən 5 min nəfər virusa yoluxub. Onlardan 2300-dən çoxu həyatını itirib. ÜST rəhbəri Tedros Adhanom Qebreyesus epidemiyanın hələ nəzarətə alınmadığını bildirib. Xəstəliyin qonşu ölkələrə yayılma təhlükəsinin də yüksək olduğu vurğulanıb.
//Nəzər.Media
