Çində faciə baş verib.Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hadisə Siçuan əyalətində olub.
Çanqnin rayonunda ailə tədbiri zamanı bina divarı çöküb. Hadisə nəticəsində 5 nəfər ölüb. Qəza zamanı 17 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Divarın üzərinə yağış suyunun ağırlığı düşüb və çökməyə səbəb olub.
//Nəzər.Media
