Yaponiyada güclü yağış yağıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, təbiəət hadisəsi Çiba əyalətində olub.
Yağışların yaratdığı sel nəticəsində 13 nəfər ölüb. Daha bir nəfər itkin düşüb. Sel 66 evə zərər vurub. 63 nəfər isə təxliyə mərkəzlərinə yerləşdirilib.
//Nəzər.Media
