• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Manşet

Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

20 Avqust, 26 / 18:13
A A
Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

Azərbaycanda regionlara turist səfərlərinin təşviqi istiqamətində yeni tədbirlər həyata keçiriləcək.

Bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.

Dövlət Proqramına əsasən, regionlardakı əsas turizm məntəqələrinin nəqliyyat əlçatanlığının və turizm informasiya xidmətlərinin yaxşılaşdırılması nəzərdə tutulur. Eyni zamanda turist səfərlərinin təşkilini və planlaşdırılmasını asanlaşdıracaq mexanizmlərin tətbiqi ilə regionlara turist axınının artırılması planlaşdırılır.

Tədbirlər çərçivəsində regionlardakı turizm məntəqələrinə avtomobil, avtobus və dəmiryol nəqliyyatı ilə əlçatanlığın artırılması, Naxçıvana turist səfərlərinin təşkili şərtlərinin təkmilləşdirilməsi nəzərdə tutulur.

Bundan başqa, dəmiryol biletlərinin Qlobal Paylama Sisteminə (GDS) inteqrasiyası, turistlər üçün gündəlik, həftəlik və aylıq dəmiryol bileti paketlərinin, eləcə də müxtəlif destinasiyalar üzrə güzəştli bilet təkliflərinin yaradılması planlaşdırılır.

Regionlarda turizm informasiya xidmətlərinin genişləndirilməsi də görüləcək tədbirlər sırasında yer alır.

//Nəzər.Media

Previous Post

“Azərişıq” ASC Naxçıvanın bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsini yenidən qurur-VİDEO

Next Post

Banklar şəxsi məlumatlarımızı niyə toplayır?

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.