İran Trampa cavab verib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Tehrandan nüvə sazişi ilə bağlı çağırış gəlib.
İran parlamentinin komissiya sözçüsü İbrahim Rzayi ABŞ-ın iqtisadi təzyiqinə qarşı Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması Müqaviləsindən çıxmağı təklif edib. O, bunu ABŞ-ın təzyiq siyasətinə ən təsirli cavab kimi qiymətləndirib. Qeyd edək ki, Tramp daha əvvəl İrana qarşı genişmiqyaslı iqtisadi əməliyyat elan etmişdi.
//Nəzər.Media
