Rusiya ordusu Ukraynada irəliləyib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, üç yaşayış məntəqəsi ələ keçirilib.
Rusiya Müdafiə Nazirliyi bu barədə məlumat yayıb. Bildirilib ki, Sumi, Zaporojye və Donetsk vilayətlərində bir yaşayış məntəqəsi nəzarətə götürülüb. Nazirlik ötən həftə Ukraynada 11 yaşayış məntəqəsinin ələ keçirildiyini də açıqlamışdı.
//Nəzər.Media
