“Qarabağ”dan ayrılan Marko Veşoviçin yeni komandası məlum olub.
Təcrübəli futbolçu karyerasını Xorvatiyada davam etdirəcək. O, “Lokomotiva” (Zaqreb) klubuna qoşulub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
M. Veşoviç 2021-ci ildən “Qarabağ”da çıxış edirdi. Çernoqoriyalı cinah müdafiəçisi Ağdam təmsilçisində 134 oyuna çıxıb, 5 qol vurub və 16 məhsuldar ötürmə verib.
//milli.az
