Fransada liseylərdə telefon qadağan edildi. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, qadağa sentyabrın 1-dən qüvvəyə minəcək.
Prezident Emmanuel Makron qərarın uşaqları ekranın zərərli təsirindən qorumaq məqsədi daşıdığını bildirib. Qanun Fransa Milli Məclisi və Senatda qəbul edilib. Sənəd Konstitusiya Şurası tərəfindən də təsdiqlənib.
//Nəzər.Media
