Güclü istilər turistləri şimal ölkələrinə yönəldir. Nəzər.Media Türkiyənin “Hürriyə” qəzetinə istinadən xəbər verir ki, bu səbəbdən Norveç, İsveç və Finlandiyaya maraq artır.
İsti havaların güclənməsi sərin bölgələrə tələbatı artırıb. Norveçdə iyul və avqust aylarında təbiət gəzintilərinə maraq xüsusilə yüksəlib. Artan turist axını isə həssas təbiət ərazilərinə təsir göstərir. Mütəxəssislər iqlim dəyişikliyinin şimal ölkələrini də əvvəlki qədər sərin olmaya biləcəyini bildirirlər.
//Nəzər.Media
