Almaniyada ifrat sağçı AfD-nin siyasi təsirinin artması narahatlıq yaradıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, sentyabrın 6-da Saksoniya-Anhaltda keçiriləcək seçkidə partiyanın böyük uğur qazanacağı gözlənilir.
Sorğulara görə, AfD təxminən 42 faiz səslə əsas rəqibi CDU-dan xeyli öndədir. Partiyanın qalib gəlməsi onun ilk dəfə federal torpaqlardan birində hökumət qurmasına imkan verə bilər. Berlin isə AfD-nin hakimiyyətə gəlməsi ehtimalına qarşı təhlükəsizlik və maliyyə sahəsində müxtəlif tədbirləri müzakirə edir.
//Nəzər.Media
