Türkiyənin tanınmış aktyoru Faruk Günuğur həyatını itirib.
Nəzər.Media oxu.az-a istinadən xəbər verir ki, Faruk Günuğur 78 yaşında vəfat edib. O, Türkiyə Dövlət Teatrlarının keçmiş baş direktoru vəzifəsində çalışıb.
Mərhum aktyor “Kurtlar Vadisi Pusu” (kəşfiyyat rəhbəri rolunu canlandırıb – red.) və “Tek Türkiye” kimi seriallarda da rol alıb.
Aktyorun ölüm səbəbi açıqlanmayıb.

