ABŞ məhkəməsi Titanikdən çıxarılan 100-dən çox tarixi əsərin satışını dayandırıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, satış üçün məhkəmənin razılığının alınması tələb olunur.
Əsərlər arasında zinət əşyaları, süfrə ləvazimatları və bürünc mələk heykəli də var. Arxeoloqlar və Fransanın hökuməti satış planına qarşı çıxıb. Tərəflər əsərlərin ayrı-ayrılıqda deyil, bütöv kolleksiya kimi qorunmasını istəyir.
//Nəzər.Media
