Avrokuboklardakı təmsilçilərimizdən “Qarabağ” “Tofiq Bəhramov adına Respublika Stadionu”nda UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsinin cavab görüşü çərçivəsində Niderlandın “Tvente” komandasını qəbul edib. Görüşü Norveçdən olan hakimlər briqadası idarə edib. Qarşılaşmanın baş hakimi norveçli Rohit Saqqid olub. Ona ədaləti təmsil etməkdə həmyerliləri Anders Olav Dale və Ole Andreas Haukasen kömək edib. Oyunda dördüncü hakim funksiyasını Marius Hansen Qrotta yerinə yetirib. VAR-da Kristoffer Haqenesə avstriyalı Alan Kijas kömək edib.Matçda 1:4 məğlub olan “Qarabağ” ümumi hesabda 2:4 məğlub olaraq bu mövsümlük Avrokuboklarla vidalaşdı. Qeyd edək ki, ilk oyunda “Qarabağ” səfərdə 0:1 qalib gəlmişdi.
“Qarabağ”-“Tvente”-1:3(2:3)
Qollar: 59. Kadi Borges(1(2):0(0)//79.Marko Pyasa(1(2):1(1)), 90+2 Maks Burns(1(2):2(2)),94 Vud Veqhorst(1(2)-3(3)) 114.Yunis Taha(1(2)-4(4)
Qırmızı vərəqələr: 104 Marko Yankoviç
