Belçikanın daxili işlər naziri Bernard Kintin Brüsseldə narkotiklə bağlı cinayətlərin milli fövqəladə vəziyyət həddinə çatdığını bildirib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Kintin mübarizə üçün təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini açıqlayıb.
Federal polis qüvvələrinin yerli polisə dəstək verməsi qərara alınıb. Brüsseldə son günlər narkotiklə əlaqəli silahlı hücumlar da artıb. Ötən il şəhərdə 96 silahlı hücum qeydə alınıb və 8 nəfər həyatını itirib.
//Nəzər.Media
