Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu “Svetoslava” adlı quru yük gəmisi batma təhlükəsi ilə üzləşib. Gəminin göyərtəsindəki 13 ekipaj üzvü təhlükəsiz şəkildə təxliyə edilib.
Kastamonu vilayətinin Doğanyurt rayonu sahillərində batan gəminin ekipajı Sahil Mühafizəsi qruplarının sürətli müdaxiləsi sayəsində xilas edilib.
Xilasetmə görüntülərini təqdim edirik:
Qeyd edək ki, gəmidə 11 Azərbaycan, bir Türkiyə və bir Rusiya vətəndaşı olub.
————
Qara dənizdə azərbaycanlıların olduğu Palau bayrağı altında üzən “Svetoslava” yük gəmisi su almağa başlayıb.
Bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, hadisə Türkiyənin Kastamonu vilayəti sahillərində baş verib. Gəmidəki 13 ekipaj üzvü, o cümlədən 11 Azərbaycan vətəndaşı təxliyə edilib. Türkiyə Sahil Mühafizəsinin iki gəmisi və bir kateri hadisə yerinə göndərilib. Ekipaj üzvləri xilasetmə qayığı ilə sahilə çıxarılaraq İnebolu Dövlət Xəstəxanasına aparılıb.
//milli.az
