29 avqust 3×3 basketbol üzrə Dünya Qadın Seriyasında Takasaki (Yaponiya) mərhələsinin ilk oyun gününün görüşləri keçirilir. Ölkəmizi bu mərhələdə təmsil edən “Neftçi SOCAR” klubu ilk qrup oyununda ev sahibi Yaponiya millisinə 15:14 hesabı ilə qalib gəlib. Qeyd edək ki, təmsilçimiz qrupda sonuncu oyununu Yaponiyanın “Takasaki” klubuna qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 14:10-da baş tutacaq.
