• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Manşet

Camal Feyziyev: "Bu qələbəni qardaşım oğlu Davidə həsr edirəm"

29 Avqust, 26 / 23:36
A A
Camal Feyziyev: "Bu qələbəni qardaşım oğlu Davidə həsr edirəm"

Bakıda keçirilən çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsi başa çatıb. Kişilərin mübarizəsində +90 kq çəki dərəcəsində mübarizə aparan Camal Feyziyev fəxri kürsünün birinci pilləsinə qalxıb. Qızıl medala sahib olan pəhləvanımız öz təəssüratlarını Nəzər.Media saytı ilə bölüşüb.

“İlk növbədə bizi dəstəkləyən bütün jurnalistlərə öz təşəkkürümü bildirirəm. Mən çox şadam ki, öz doğma şəhərimdə keçirilən yarışda birinci yerə yüksəldim. Mən başda güləş federasiyamıza, məşqçilərimiz Oyan Nəzərianiyə və İbrahim Usubova öz təşəkkürümü bildirirəm. Çox yaxşı təlim-məşq toplantıları keçdik. 2 ay biz bu yarışlara hazırlaşdıq. Ailəmdə mənə çox dəstək oldu. Qardaşım Cavid Feyziyev mənə çox dəstək oldu. Mən bu medalı bir əmi kimi onun yeni dünyaya gəlmiş oğlu Davidə həsr edirəm. Hərbi xidmətdə olduğum müddətdə məşqlərimi davam etdirirdim. Yalnız hərbi xidməti başa vurduqdan sonra yarışlarda iştirak edə bildim. Xidmətimi başa vurduqdan sonra özümü çimərlik güləşində gördüm. İlk öncə Azərbaycan çempionu oldum, sonra isə IV seriyaya qoşula bildim. Gələn ildən ilk mərhələdən yarışlara qatılacağam və sizlərə söz verirəm ki, ardıcıl olaraq dünya çempionu olacağam. Azərbaycan ağır çəkidə çempionluq rekordunu isə özümdə saxlamaq istəyirəm. Təlim-məşq toplantılarında fəal iştirak edib hər dəfə ölkəmizin bayrağını ən uca zirvələrə yüksəldəcəyəm. Mən idmana güləşin yunan-Roma növü üzrə başlamışam. Mənim məşqçim Akif Əliyev yunan-Roma güləşi üzrə məşqçi olsa da, hər zaman bütün növlərdə mənim arxa-dayağım olub. Hətta bu gün də yarışları izləyərək mənə dəstək olmuşdu”, – deyə Camal Feyziyev bildirib.

Camal Feyziyev yarışın Azərbaycanda keçirilməsinin ona verdiyi motivasiyadan da bəhs edib.

“Yarışın Azərbaycanda keçirilməsi mənim üçün motivasiya oldu. Xalqım mənə böyük dəstək oldu. Onlar mənim qalib gələcəyimə inanırdılar. Mənim “Sea Breeze”də işləyən dostlarım da gəlib dəstək oldu. Demək, buranın bütün əməkdaşları dəstək oldu. Çimərliyə istirahətə gələn insanlar mənə dəstək oldu. Çox sağ olsunlar. Mən də onların inamını doğruldub çempion oldum”, – deyə qalib pəhləvanımız bildirib.

Previous Post

Əşrəf Aşırov: "Dünya Çempionu olmaq istəyirəm"

Next Post

Dünya Seriyasının IV mərhələsində 7 medal

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.