İslandiyada Avropa İttifaqına üzvlük danışıqlarının yenidən başlaması ilə bağlı referendum keçirilib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, səsvermədə seçicilərin 52,8 faizi təklifin əleyhinə çıxıb.
Təklifə 42,7 faiz seçici dəstək verib. Referendumun nəticəsi hökumət və Aİ üçün gözlənilməz zərbə olub. İslandiya hökuməti nəticəyə hörmət edəcəyini və yaxın vaxtlarda məsələni yenidən gündəmə gətirməyəcəyini bildirib.
//Nəzər.Media
