Çin Cənubi Çin dənizində mübahisəli əraziyə hərbi gəmilər göndərib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Çin Sahil Mühafizəsi Skarboro qayalığının ətrafında patrul xidmətini gücləndirib.
Pekin bu addımı ərazi və dəniz hüquqlarını qorumaq məqsədilə atdığını bildirib. Skarboro qayalığı Çin və Filippin arasında uzun müddətdir mübahisə mövzusudur. Əraziyə görə iki ölkə arasında gərginlik son illərdə daha da artıb.
//Nəzər.Media
