Rusiyanın Afrika Korpusu Nigerdə dövlət obyektlərinə hücum edən qüvvələrin qarşısının alınmasına kömək edib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hadisə paytaxt Niameydə baş verib.
Rusiya Xarici İşlər Nazirliyi Niger hökumətinə dəstəyini açıqlayıb. Moskva hücumların arxasında Avropa ölkələrinin olduğunu iddia edib. Rusiya Nigerdə sabitliyin qorunmasına dəstəyini davam etdirəcəyini bildirib.
//Nəzər.Media
