Cənubi Koreyada Seul Mərkəzi Rayon Məhkəməsi “Birləşmə Kilsəsi”nin lideri Han Hak Ja ilə bağlı qərarını açıqlayıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, məhkəmə 83 yaşlı Han Hak Jaya 2 il həbs cəzası verib.
O, korrupsiya araşdırması çərçivəsində saxlanılmışdı. Han keçmiş prezident Yun Sok Yolun həyat yoldaşına və bir deputata rüşvət verməkdə ittiham olunurdu. Qərar onun barəsində aparılan araşdırmadan sonra çıxarılıb.
//Nəzər.Media
