Trablusda neft çənlərinin yerləşdiyi əraziyə PUA ilə hücum edilib.Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Hücumun hava limanı yolu üzərindəki neft anbarına edildiyi bildirilib.
Hadisə zamanı xəsarət alan olmayıb. Əraziyə təhlükəsizlik qüvvələri cəlb olunub və araşdırma aparılması tələb edilib. Bildirilib ki, avqustun əvvəlində Zaviye şəhərində də neft obyektlərinə PUA hücumları olmuşdu.
//Nəzər.Media
