• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Manşet

Payızın Azərbaycana daxil olacağı tarix açıqlandı

04 Sentyabr, 26 / 16:12
A A
Payızın Azərbaycana daxil olacağı tarix açıqlandı

Payız fəsli Azərbaycana sentyabrın 23-ü Bakı vaxtı ilə saat 04:05:08-də daxil olacaq.

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından Milli.Az-a verilən xəbərə görə, həmin an “payız bərabərliyi” adlanır. Bu zaman gecə ilə gündüz demək olar ki, bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır. Lakin atmosfer refraksiyası və Günəş diskinin bucaq ölçüsü səbəbindən gündüzün uzunluğu tam olaraq 12 saat olmur və gecədən bir qədər artıq olur. Günəş illik hərəkəti zamanı göy ekvatorunu kəsərək, Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində payız, Cənub yarımkürəsində isə yaz fəsli başlayır. Bundan sonra Şimal yarımkürəsində gündüzlər tədricən qısalır, gecələr isə uzanmağa başlayır.

Fəsillərin dəyişməsi Yerin Günəşdən məsafəsinin dəyişməsi ilə deyil, Yerin Günəş ətrafında hərəkəti və fırlanma oxunun orbit müstəvisinə təxminən 66.56° meyilli olması ilə bağlıdır. Məhz bu meyillilik nəticəsində il ərzində Günəş şüalarının Yer səthinə düşmə bucağı dəyişir və fəsillər yaranır.

2026-cı ildə astronomik payız 89 gün 21 saat 45 dəqiqə 1 saniyə davam edəcək və 22 dekabrda baş verəcək qış günəşduruşu ilə başa çatacaq. Həmin andan etibarən Şimal yarımkürəsində astronomik qış, Cənub yarımkürəsində isə astronomik yay başlayacaq.

//milli.az

Previous Post

Formula 1-ə görə Bakıda onlayn dərsə keçən məktəblər açıqlandı

Next Post

"Qəbələ" "İmişli"ni qəbul edir-START HEYƏTLƏR

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.