Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Bursada baş verib.
Qəza zamanı minik avtomobil və motosiklet toqquşdu. Hadisə zamanı hər iki nəqliyyat vasitəsinin sürücüsü yaralanıb. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Qəzadan sonra sürücülərin yaxınları arasında dava çıxıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
//Nəzər.Media
