İsrailin baş naziri Binyamin Netanyahunun korrupsiya işi üzrə məhkəmə prosesi yenidən keçirilib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, məhkəmə Yeruselimdə keçirilib.
Prosesdə müdafiə tərəfinin şahidləri dinlənilib. Netanyahunun özü artıq ifadə verməsini başa çatdırıb. O, üç ayrı iş üzrə rüşvət, dələduzluq və etimaddan sui-istifadədə ittiham olunub.
//Nəzər.Media
