İran İsrailə qarşı yeni hücumlarla bağlı xəbərdarlıq edib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, İran rəsmiləri cavabın daha ağır ola biləcəyini bildiriblər.
Tehran İsrailin hərəkətlərini qəbuledilməz sayır. İran tərəfi hücumlara uyğun cavab veriləcəyini açıqlayıb. Bu açıqlama bölgədə gərginliyin yenidən artması ilə bağlı narahatlıq yaradıb.
//Nəzər.Media
