Britaniya kral ailəsində gələcək kral üçün telefonla bağlı yeni qayda tətbiq olunub. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, şahzadə Corcun gündəlik həyatda telefondan istifadəsi məhdudlaşdırılıb.
Bu qərarın onun təhlükəsizliyi üçün verildiyi bildirilir. Corcun valideynləri də bu məsələyə xüsusi diqqət yetirirlər. Qaydanın onun gələcək kral kimi hazırlığı ilə bağlı olduğu qeyd edilir.
//Nəzər.Media
