Yunanıstan Türkiyə ilə münasibətlərdə mümkün böhranlara hazırlaşır. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Afinanın bununla bağlı dörd əsas ssenari üzərində işlədiyi bildirilir.
Ssenarilər Egey dənizi və Şərqi Aralıq dənizi ilə bağlıdır. Yunanıstan xüsusilə dəniz sərhədləri məsələsində gərginlikdən narahatdır. Afina Ankara ilə yeni qarşıdurmanın qarşısını almağa çalışır.
//Nəzər.Media
