2006-cı il sentyabrın 8-də Semey şəhərində Mərkəzi Asiyada nüvə silahından azad zona haqqında müqavilə imzalanıb. Qazaxıstanın Bakıdakı səfirliyindən Nəzər.Media saytına verilən məlumata görə, Müqavilənin 20 illiyi ilə bağlı iştirakçı ölkələrin xarici işlər nazirləri birgə bəyanat qəbul ediblər.
Bəyanatda beş ölkənin müqavilənin məqsəd və prinsiplərinə sadiqliyi təsdiqlənib. Nazirlər müqavilənin regional və beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsində rolunu vurğulayıblar. Onlar nüvə silahlarının yayılmasının qarşısının alınması və nüvə tərksilahı məsələlərinə də toxunublar. Bəyanatda nüvə sınaqlarının qadağan edilməsi və digər nüvə silahından azad zonalarla əməkdaşlıq məsələləri də qeyd olunub. Sənəd Mərkəzi Asiya ölkələrinin regional təhlükəsizlik məsələlərində vahid mövqeyini təsdiqləyir.
//Nəzər.Media
