Fransanın cənubundakı Ogüst Renuar Muzeyi gecə saatlarında qarət olunub. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, iki şübhəli muzeyə girərək ən azı dörd rəsm əsəri oğurlayıb.
Əsərlərin ümumi dəyərinin təxminən 9 milyon avro olduğu bildirilir. Şübhəlilər polis gəlməzdən əvvəl hadisə yerindən qaçıblar. Polis hadisə ilə bağlı araşdırma aparır.
//Nəzər.Media
