Yunanıstanın İsraillə 3 milyard avroluq müdafiə sazişi mübahisə yaradıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, sazişə əsasən, ölkə İsraildən hava və raketdən müdafiə sistemləri alacaq.
Lakin sistemlərin mənbə kodunun İsrailə məxsus qalacağı bildirilib. Bu hal Yunanıstanda ciddi narazılığa səbəb olub. Müxalifət sazişin ölkəni İsraildən asılı vəziyyətə sala biləcəyini deyib.
//Nəzər.Media
