ABŞ Prezidenti Donald Tramp Kanada məhsullarının dövlət satınalmalarından çıxarılmasını tapşırıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, qərar ABŞ ilə Kanada arasında artan ticarət gərginliyi fonunda verilib.
Tramp Kanadanı ABŞ şirkətlərinə qarşı ədalətsiz davranmaqda günahlandırıb. O, Kanadanın ABŞ şirkətlərinə bərabər imkan yaratmasını tələb edib. Vaşinqton bu şərt yerinə yetirilməsə, məhdudiyyətləri davam etdirəcək.
//Nəzər.Media
