Dekabrın 6-da böyüklər, gənclər və yeniyetmələr arasında kata üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək.
Abşeron Olimpiya İdman Kompleksində baş tutacaq turnirdə böyüklər bütün kata kateqoriyalarında, gənclər və yeniyetmələr isə “Nage-no-kata” və “Katame-no-kata” üzrə çıxış edəcəklər.
Cütlüklər kişi–kişi, qadın–qadın və ya kişi–qadın tərkibində formalaşdırıla bilər.
İştirak üçün sifarişlər nargiz.pashayeva@judo.az elektron poçt ünvanına göndərilməlidir.
Əlaqə: +994 10 236 29 39
