Bu gün futbol üzrə Azərbaycan I Liqasına II tura start verilib. PFL bu günə bir qarşılaşma təyin edib.
Günün yeganə qarşılaşmasında “Şahdağ Qusar” “Binə Qəsəbə Stadionu”nda “Karvan-Yevlax”ı qəbul edib. Qarşılaşmanı İslam Məmmədov idarə edib.
“Şahdağ Qusar”-“Karvan-Yevlax”-2:0
Qollar: 15. İdir Butrif(1:0), 24. Joze Zenqo(2:0) //
Qırmızı vərəqələr:
Turun digər görüşləri sabah və Cümə günü keçiriləcək. Sabah üç qarşılaşma baş tutub.
I oyunda “Zaqatala” “Zaqatala OİK stadionu”nda “Baku Sportinq”i qəbul edəcək. Qarşılaşmanı Ruslan Quliyev idarə edəcək.
II oyunda “Səbail” “Binə qəsəbə stadionu”da “Mingəçevir”i qəbul edəcək. Qarşılaşmanı Səbuhi Bayramov idarə edəcək.
III oyunda “Gəncəbasar” “Gəncə şəhər stadionu”nda “Xankəndi”ni qəbul edəcək. Qarşılaşmanı Rövşən Rəcəbov idarə edəcək.
Turun sonuncu görüşü Cümə günü keçiriləcək.
Günün və turun sonuncu qarşılaşmasında MOİK “Binə qəsəbə stadionu”nda “Şimal”ı qəbul edəcək. Qarşılaşmanı Şamil İmanzadə idarə edəcək.
