OECD rəsmisi Andreas Şlayxer Türkiyənin PISA 2025 nəticələrini yüksək qiymətləndirib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Şlayxer bildirib ki, Türkiyə üç əsas sahədə nəticələrini yaxşılaşdıran azsaylı ölkələrdəndir.
Ölkə riyaziyyat, oxu və təbiət elmləri üzrə irəliləyiş göstərib. Şlayxer bu nəticələrin təsadüfi olmadığını vurğulayıb. O, Türkiyənin təhsil sahəsindəki təcrübəsinin bütün dünya tərəfindən araşdırılmalı olduğunu bildirib.
//Nəzər.Media
