İsrailin Baş naziri Binyamin Netanyahu “Haaretz” qəzetinin 7 oktyabr hücumundan əvvəl xəbərdar edildiyi barədə yazısını təkzib edib. Nəzər.Media Türkiyənin “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, Netanyahu qəzetə və yazının müəllifi Şlomi Eldara qarşı məhkəmə iddiası qaldırılması barədə göstəriş verib.
“Haaretz” Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Məhəmməd bin Zayedin Netanyahuya hücum barədə xəbərdarlıq etdiyini yazıb. Netanyahu isə həmin dövrdə bin Zayedlə heç bir görüş keçirmədiyini bildirib. “Haaretz” isə yayımladığı xəbərin arxasında olduğunu açıqlayıb.
//Nəzər.Media
