Macarıstan 10 rusiyalı diplomatı ölkədən çıxarmaq qərarı verib. Nəzər.Media Türkiyənin “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov bu qərarın cavabsız qalmayacağını bildirib.
Peskov qərarın iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərəcəyini deyib. Macarıstan diplomatların qəbulolunmaz fəaliyyətlə məşğul olduğunu əsas gətirib. Moskva isə Budapeştə qarşı diplomatik addım atacağını açıqlayıb.
//Nəzər.Media
