Fransalı alimlər çox yüksək temperatur və təzyiq altında yeni buz quruluşu müşahidə ediblər. Nəzər.Media Türkiyənin “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, təcrübə zamanı su 2,3 milyon atmosfer təzyiqə və 2 357 dərəcə temperatura məruz qoyulub.
Nəticədə suyun yeni kristal quruluşa keçdiyi müəyyən edilib. Bu quruluşda oksigen atomları sabit qalır, hidrogen hissəcikləri isə sərbəst hərəkət edir. Alimlər kəşfin Uran və Neptunun daxili quruluşunu öyrənməyə kömək edə biləcəyini bildiriblər.
//Nəzər.Media
