Əlcəzairlə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər kəskin pisləşib. Nəzər.Media Türkiyənin “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, Əlcəzair BƏƏ-ni ölkənin daxili işlərinə qarışmaqda ittiham edib.
Əlcəzair Prezidenti Əbdülməcid Təbbun bu müdaxilənin ölkənin sabitliyini təhdid etdiyini bildirib. Tərəflər arasında diplomatik gərginlik də getdikcə artır. İki ölkə arasındakı münasibətlərin gələcəyi ilə bağlı narahatlıq yaranıb.
//Nəzər.Media
